RU

Qərb dairələri Azərbaycanı tutduğu düzgün yoldan döndərə bilmədilər- ÖZƏL

"Əminliklə deyə bilərik ki, ən nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən Azərbaycan COP29-u da uğurla yekunlaşdıracaq. Şübhəsiz ki, bu tədbir dünya iqlim siyasətində özünəməxsus yer tutatacaq və hər zaman xatırlanacaq". "Olaylar" xəbər verir ki, bunu YAP Lerik rayon təşkilatının sədri Malik Mirzəyev deyib: "Həmişəki kimi, bu dəfə də müəyyən Qərb dairələri Azərbaycanı tutduğu düzgün yoldan döndərə bilmədilər. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal oyunçu kimi rolunu gücləndirir. COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir. Bu qərardan sonra müxtəlif ölkələr, beynəlxalq təşkilatlar və digər xarici tərəf müqabilləri Azərbaycanla bu sahədə sıx əməkdaşlıq etmək arzularını ifadə etmişdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
16
olaylar.az

1Источники