Hindistanda uzaqmənzilli hipersəs raketinin sınaq buraxılışı uğurla həyata keçirilib. Bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Racnat Sinq bildirib.
X sosial media səhifəsində Hindistanın uzun mənzilli hipersəs raketini uğurla sınaqdan keçirərək “böyük bir mərhələyə çatdığını” qeyd edir.
“Bu, tarixi bir məqamdır və bu mühüm nailiyyət ölkəmizi belə mühüm və qabaqcıl hərbi texnologiyaların imkanlarına malik seçilmiş ölkələr sırasına daxil edib”, – nazir bildirib.
Bundan əvvəl Hindistanın Müdafiə Nazirliyi respublikanın 2023-2024-cü maliyyə ilində 2,5 milyard dollar həddini keçmiş silah ixracını artırmaq planlarını açıqlamışdı.
DOĞRU.AZ