RU

Rusiyada spirtli içkilərin satışı rekord həddə çatıb

Rusiyada spirtli içkilərin pərakəndə satışı tarixi ən yüksək həddə çatıb.

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, 2024-cü ilin ilk on ayında Rusiyada pərakəndə satışda 184,2 milyon spirtli içki satılıb. Bu, 2017-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir. RBC bu barədə Rosalkogolrequlirovanie-nin məlumatlarına istinadən xəbər verir.

Həmçinin bu dövrdə rekord həddə - 46,9 milyon üzüm və köpüklü şərab satılıb. Köpüklü şərabın satışı 2023-cü illə müqayisədə 10,9% artıb.

Bundan əlavə, satışda ən böyük artım araq məhsulları, viski, rom və digər içkilərdə qeydə alınıb.

Gülşən Şərif

Избранный
12
bakivaxti.az

1Источники