RU

Gecələr niyə tez-tez oyanırıq?

İnsanlar niyə yatarkən tez-tez oyanırlar?

Turkustan. az xəbər verir ki, davamlı olaraq nəyisə planlaşdırmağı və qarşıdan gələn məsələlər haqqında düşünməyi sevənlər, adətən, gecənin bir yarısı oyanırlar. Bəs niyə bədən belə reaksiya verir?

Milli Sağlamlıq İnstitutununaraşdırması göstərir ki, biz gecə yuxusunda bir neçə dövrə keçirik. Onların hər biri təxminən 80-100 dəqiqə davam edir. Bu zaman sürətli və yavaş yuxu fazaları bir-birini əvəz edir. Gecənin ilk yarısında ən dərin yatırıq və səhər üçdə daha yüngül bir mərhələ başlayır. Ona görə də bu vaxt oyanmaq bizim üçün çətin deyil. Həmçinin gecə saat 2-dən 4-ə kimi orqanizm stress hormonları istehsal etməyə başlayır. Bizi səhər oyanmağa hazırlayır. Bir insanın özü narahatdırsa, bu, onun daha tez oyanmasına səbəb ola bilər.
Həmçinin hormonlar da qadınların yuxusuna çox təsir edə bilər. Kişilər də yaşlandıqca hormon səviyyələrində dəyişikliklər yaşayırlar. Buna görə də gecələr tez-tez oyanırlar.

Yuxu ətrafınızdan və həyat tərzinizdən də asılıdır. Məsələn, otağınıza işıq girərsə, daha pis yata bilərsiniz. Eyni şey səs-küyə də aiddir. Biz fərqinə varmadan yuxunu pozur.

Gündüz və ya axşam kofeinli içkilər içirsinizsə, gecənin ortasında da oyana bilərsiniz. Alkoqol da yuxuya pis təsir edir. Əgər çox yeyirsinizsə, bu da sizi gecə 3-də oyandıra bilər. Mütəxəssislər yatmazdan ən az 3-4 saat öncə nahar etməyi məsləhət görürlər.

Daim hərəkətdə olan insanlar da gecələr tez-tez oyanır. Bunun səbəbi onların beyninin daim işləməsi və bədənlərinin düzgün istirahət edə bilməməsidir.

Bəzən gecə yuxudan oyanmağınız uşaqlıq vərdişindən də qaynaqlana bilər. Ola bilsin ki, narahat uşaqlığınız keçib, bu da yuxularınıza təsir edir.

Избранный
8
1
turkustan.az

2Источники