RU

Millinin sabiq üzvünə qarşı silahlı hücum - FOTO

Rusiya yığmasının keçmiş futbolçusu Vadim Yevseyev silahlı hücuma məruz qalıb. 

Bakıvaxtı.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə onun baş məşqçisi olduğu “Leninqradts” klubunun Rusiya 2-ci liqasında “Volqar-Astarxan”la keçirilən oyundan sonra baş verib.

O, hücumdan sonra dərhal xəstəxanaya çatdırılıb. Ona gözünün selikli qişasının yanığı diaqnozu qoyulub və üzündəki yaraya görə tibbi yardım tələb olunub.

Cinayəti törədənlərə qarşı xuliqanlıq maddəsi ilə cinayət işi açılacağı bildirilib. Hücumun dəqiq səbəbləri hələ də bəlli deyil. 

Lakin “Leninqradets” futbol klubu artıq baş verənlərin əvvəlki matçlarla heç bir əlaqəsi olmadığını açıqlayıb.

Qeyd edək ki, Rusiya millisində 20 oyunda 1 qola imza atan sabiq müdafiəçi hazırda “Leninqradets” klubunu çalışdırır.

Избранный
15
3
bakivaxti.az

4Источники