RU

Azərbaycanda inflyasiyanın 5.1 faiz olacağı proqnozlaşdırılır - Taleh Kazımov

Bakı, TurkicWorld

2024-cü ilin sonuna Azərbaycanda inflyasiyanın 5.1 faiz olacağı proqnozlaşdırılır.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsində Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.

O bildirib ki, inflyasiya təzyiqlərinin azalması məqsədilə Mərkəzi Bank pul siyasətini yumşaldıb.

T.Kazımov vurğulayıb ki, Mərkəzi Bankın maliyyə sabitliyi siyasəti maliyyə bazarlarının stabil fəaliyyətinə yönəlib.

Избранный
1
5
turkic.world

2Источники