Filiipində "Man-yi" qasırğası səbəbi ilə insanlar təxliyə edilib.
Bakıvaxtı.az bu barədə Türkiyə mətbuatına istinadla xəbər verir.
Məlumata görə, 1,2 milyon insan təxliyə edilib, 26 yerli və 2 beynəlxalq hava limanı müvəqqəti bağlanıb, bir çox bərə reysləri dayandırılıb.
Qasırğa nəticəsində 2 nəfərin xəsarət aldığı bildirilib.
Həmçinin qeyd olunub ki, qasırğa bir çox bölgədə dağıntılara və elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Mina Mikayılova