RU

Rusiya millisinin sabiq üzvü silahlı hücuma məruz qaldı

Rusiya millisinin keçmiş futbolçusu Vadim Evseyev Həştərxanda silahla hücuma məruz qalıb.

News24.az  xəbər verir ki, bu barədə idman şərhçisi Denis Kazanski məlumat yayıb.

“Mənə indicə zəng gəldi. Vadim Evseev... Deyir ki, ona bıçaqla hücum ediblər... Bu, bir növ kabusdur.

Hazırda onun həyatı təhlükədə deyil... Artıq polis əməkdaşları məsələyə baxır. Hələlik əlavə təfərrüatlar yoxdur”.

Xatırladaq ki, Vadim Evseev “Leninqradets”in baş məşqçisidir.//qol.az


Избранный
1
1
news24.az

2Источники