RU

COP29-da "haray-həşir" salanlar kimlərdir?

“COP29 Bakıda ən yüksək səviyyədə təşkil edilib və belə toplantıların daxilində heç vaxt indiki kimi dəqiq planlaşdırma olmayıb”.

Bu sözləri Milli Məclis sədrinin müavini Musa Qasımlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan bütün dünyaya bir nümunə göstərib. Dünyanın 197 ölkəsindən 75 min nəfərdən çox şəxsin qeydiyyatdan keçdiyi böyük toplantının Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevə beynəlxalq aləmdə olan hörmət və ehtiramın, inamın göstəricisidir: “Eyni zamanda, dövlət başçımızın yürütdüyü siyasətin qəbul edilməsidir. Bunu da dünyada gözü götürməyənlər var. Müxtəlif yollarla Azərbaycanda keçirilən toplantının üzərinə kölgə salmaq istəyirlər. Xaricdəki anti-Azərbaycan qüvvələr, xüsusən erməni dairələri və onlarla hərəkət edənlər, korrupsiyaya bulaşmış siyasətçilər və media qurumları tərəfindən Azərbaycana böhtanlar atırlar”.

M.Qasımlı deyir ki, onların fəaliyyəti başa düşüləndir. Çünki Azərbaycanın bütün sahələrdə qazandığı uğurlar onları qısqandırır: “Başa düşülməyən nüans isə ölkəmizin daxilində olan bəzi şəxslərin onların əlində vasitəyə çevrilməsidir. Hər bir Azərbaycan vətəndaşı fəxr etməlidir ki, belə bir Beynəlxalq toplantı ölkəmizdə ən yüksək səviyyədə keçirilir. Amma bəzilərinin “haray-həşir” qoparması utancvericidir”.

O qeyd edir ki, belələrinə qarşı ilk növbədə ictimai qınaq olmalıdır. İnsanlar onların yanlış hərəkətlırinin səbəbini bilməlidir. Belə şəxslər xarici dairələrin tapşırığını yerinə yetirirlər. Onları Azərbaycan cəmiyyəti heç vaxt qəbul etməz. Belə hərəkətlərlə yüksək səviyyədə keçirilən toplantının üzərinə ləkə salmaq mümkün deyil.

Избранный
23
operativmm.az

1Источники