RU

Milli komanda ilə ən çox qələbə qazanan futbolçuların siyahısı bəlli olub

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Milli komandalarda ən çox qələbə qazanan futbolçuların siyahısı müəyyənləşib. Siyahıya portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu başçılıq edir.
Oxu.Az xəbər verir ki, siyahıda 90 və daha çox görüşdə qalib gələn futbolçular yer alıblar. Bu göstəriciyə yalnız 21 oyunçu nail olub.
Belə ki, Kriştianu Ronaldunun rekordçu olduğu siyahıda Serxio Ramos ikinci, İker Kasilyas üçüncüdür. Siyahıda eyni sayda qələbəyə sevinənlər oyun sayına görə sıralanıb.
Qeyd edək ki, Azərbaycan millisinin rekordçuları Rəşad Sadıqovla Bədavi Hüseynov hərəyə 20 dəfə qələbədə pay sahibi olublar.
1. Kriştianu Ronaldu (Portuqaliya) - 132;
2. Serxio Ramos (İspaniya) - 131;
3. İker Kasilyas (İspaniya) - 121;
4. Lionel Messi (Argentina) - 119;
5. So Çin An (Malayziya) - 107;
6. Andres Quardado (Meksika) - 103;
7. Yan Vertongen (Belçika) - 101;
8. Xavi (İspaniya) - 100;
9. Serxio Buskets (İspaniya) - 98;
10. Andres İnyesta (İspaniya) - 96;
11. Anxel di Mariya (Argentina) - 96;
12. Ahmed Hassan (Misir) - 95;
13. Luka Modriç (Xorvatiya) - 94;
14. Lilian Türam (Fransa) - 93;
15. Muhəmməd Ad Deaya (Səudiyyə Ərəbistanı) - 93;
16. Neymar (Braziliya) - 92;
17. Antuan Qrizman (Fransa) - 91;
18. David Silva (Braziliya) - 90;
19. Olivye Jiru (Fransa) - 90;
20. Ehsan Haysafi (İran) - 90;
21. Landon Donovan (ABŞ) - 90;
Избранный
24
oxu.az

1Источники