RU

COP for Hope: Bakıda keçirilən COP29 bütün COP tarixində yeni bir mərhələdir - Almaniyanın vitse-kansleri (ÖZƏL)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Almaniya FederativRespublikasının vitse-kansleri Robert Habekdir.

O, Trend-ə açıqlamasında bildirib ki, COP29 bütün COP tarixindəyeni bir mərhələdir.

Robert Habek qeyd edib ki, alman ideyası öz sənayeləri üçündekarbonizasiyanın üstünlüklərini müzakirə etmək istəyəntərəfdaşları toplamaqdır.

“Yenilik odur ki, COP həmişə enerji bazarının, enerjisistemlərinin yaşıl keçidini müzakirə edirdi. İndi sənayelərdəndanışırıq. Görün COP-un tarixində nə baş verib, haradan başladıq vəindi biz polad-beton və sementin yaşıllaşdırılmasını, onlarastandartlar verilməsini müzakirə edirik.

Cümə günü biz İqlim klubu(Climate Club) platformasını işəsaldıq, bu, əslində bir ana səhifədir, burada ölkələr indi bizimləəlaqə saxlaya bilər və deyə bilərik ki, yaşıl polad və ya yaşılalüminium və ya yaşıl sənayelər haqqında eşitmişik. İqlimdəyişikliyi fonunda bərpa olunan enerjiyə keçid aktları dayandırılabilməz. İndi bu, bazara əsaslanan bir prosesdir. Bu istiqamətdəmənim fikrimcə, bu COP-un vədləri həqiqətən ümidvericidir.

İndi biz əlbəttə ki, bunu konkret proqramlarla vurğulamaq,şəbəkələr qurmaq üçün çox çalışmalıyıq”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Избранный
17
2
az.trend.az

2Источники