RU

“Biz Heydər Əliyev irsini öyrənirik” TƏDBİR

Yeni Azərbaycan Partıyasının təsis edilməsinin 32 illiyi ilə əlaqədar partiyanın Masallı rayon təşkilatı 18 noyabr 2024-cü il tarixdə Masallı Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Biz Heydər Əliyev irsini öyrənirik” məktəbinin “Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai siyasi həyatında aparıcı qüvvədir” mövzusunda növbəti seminarı keçirilmişdir.

Ulu öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildikdən sonra Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partıyasının təsis edilməsinin 32 illiyi ilə münasibəti ilə seminar iştirakçılarını təbrik etmişdir. Seyfəddin Əliyev çıxış edərək xalqımızın böyük oğlu Ümummilli lider Heydər Əliyevin banisi olduğu tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyasının bu günə qədər keçdiyi siyasi mübarizələrlə dolu şərəfli yolundan danışıb. Bildirib ki, dahi şəxsiyyətin üzərinə böyük bir tarixi missiya götürərək yaratdığı Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın tarixində çox önəmli bir hadisə oldu. Qısa müddət ərzində cəmiyyətin aparıcı qüvvəsinə çevrilərək “Dünənin, bu günün və gələcəyin” partiyasına çevrildi. Bu gün partiya öz sıralarında vətənini sevən və xalqına sadiq olan vətəndaşların yer aldığı partiyadır. Bu gün əsası Heydər Əliyev tərəfindən qoyulan partiya ən şanlı tarixini yaşayır. Tarixin ciddi sınaqlarından çıxmış Yeni Azərbaycan Partiyası saysız-hesabsız tarixi nailiyyətlərə imza atmaqla daha da möhkəmlənib, daha da inkişaf edib. Ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin davamlı inkişafın təminatçısı kimi xalqın böyük əksəriyyətinin etimadını qazanıb.

Banisi Ulu Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasının İlham Əliyevin rəhbərliyi ilə imza atdığı yeni nailiyyətlərindən söz açan Seyfəddin Əliyev bildirib ki, Yeni Azərbaycan Partiyası 32 illik şərəfli yolda ölkəmizin qazandığı nailiyyətlərin və uğurların bələdçisidir. Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə məhz Yeni Azərbaycan Partiyasının və partiyanın lideri Ali Baş Komandan, Prezident İlham Əliyevin məqsədyönlü və prinsipial diplomatiyasının uğurudur.

Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktor vəzifəsini müvəqqəti icra edən Zamin Məmmədov məruzə ilə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 32 ildə bütün qüvvə və bacarığını xalqa xidmətə yönəldərək, əhəmiyyətli uğurlara imza atıb. Partiyanın yaradıcısı ümummilli lider Heydər Əliyevin müstəqil, demokratik, hüquqi dövlət quruculuğu yolunda gərgin fəaliyyəti Azərbaycanın bu gününü və gələcək taleyini müəyyən edib. “Yeni Azərbaycan Partiyasının yaranması və fəaliyyəti, eyni zamanda dövlətin siyasi sisteminin təşəkkül tapması baxımından da əlamətdardır. Ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasını zamanın tələbi kimi qiymətləndirərək, o vaxtkı şərtlərlə əlaqədar həmin zaman üçün tarixi zərurət kimi meydana gələn bir partiya olduğunu deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içindən çıxmış zərurətdir. Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq istəyən, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan, hərənin öz tərəfindən hərəkət etməsi nəticəsində, ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmışdır”.

Seminarda iştirak edən gənc fəallardan Çaxırlı kənd kitabxanasının əməkdaşı Maisə Gözəlova, Qodman kənd kitabxana filialının müdiri Sevanə Mənsimova və başqaları çıxış edərək qurucusu Ümummilli Lider Heydər Əliyev olan partiyanın yarandığı gündən keçdiyi keşməkeşli yoldan və Ulu Öndərin siyasi fəaliyyətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Избранный
35
sesqazeti.az

1Источники