RU

2025-də manatın taleyi necə olacaq? - Mərkəzi Bankdan SON DƏQİQƏ AÇIQLAMASI

2025-ci ildə Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi öz səlahiyyətləri çərçivəsində 12 aylıq inflyasiyanın hədəf dəhlizi daxilində formalaşmasını təmin etməkdir. Oktyabr proqnozlarımıza görə, inflyasiyanın 2025-ci ildə 5,8 faiz olacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O bildirib ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyaya 2,1 faiz bənd azaldıcı təsir edəcək:

"2025-ci ildə makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq. Ölkədə maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi və digər məsələlər Mərkəzi Bankın prioritetləri olacaq".

Избранный
1
6
musavat.com

7Источники