RU

"Liverpul" rəsmisi: "Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İlk dəfədir COP29 iqlim konfransında iştirak edirəm. Biz "Liverpul" futbol klubunun icması olaraq karbon emissiyalarının azaldılmasına töhfəmizi vermək və bu problemin həllini gündəmdə saxlamağı vacib bilirik".
Bu sözləri Oxu.Az-a açıqlamasında İngiltərənin "Liverpul" futbol klubunun İctimai təsir üzrə direktoru Rişi Ceyn deyib.
Klub rəsmisi bildirib ki, "Liverpul" gündəlik fəaliyyətində, istər klubun işçiləri arasında, istərsə də fanatlarla təmasda müxtəlif maarifləndirici tədbirlər həyata keçirir.
"Buraya, misal olaraq, futbol fanatlarının istifadə etdiyi plastik və polietilen məhsullarla əlaqədar edilən tövsiyələr daxildir. Ətraf mühitin mühafizəsinə töhfə vermək hər kəsin borcudur. Burada məsuliyyət təkcə rəsmi qurumların üzərinə düşmür. Hər kəs ətraf mühitin qorunmasında pay sahibi olmalıdır. Bunun üçün ekoloji tərbiyə çox əhəmiyyətlidir", - deyə Rişi Ceyn vurğulayıb.
Şəhriyar Səmədov
Избранный
16
50
oxu.az

10Источники