RU

Zelenski müraciət yaydı: “Raketlər öz sözünü deyəcək”.

 “Raketlər öz sözünü deyəcək”.

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodmir Zelenski  

Qərb ölkələrinin Rusiyaya uzaqmənzilli silahları ilə zərbə endirmək icazəsini təsdiqləməsindən sona söylədyib.

“Ukraynanın qələbə planının əsas məqamlarından biri onun ordusunun uzaqmənzilli olmasıdır”,-deyə ölkə Prezidenti V. Zelenski “Telegram” kanalında yayımladığı videomüraciətdə bildirib:

“Bu gün mediada çoxları deyir ki, biz müvafiq tədbirlər görmək üçün icazə almışıq. Amma zərbələr sözlə olmur. Belə şeylər açıqlanmır. Raketlər özləri danışacaq. Mütləq!”

Noyabrın 17-də “The New York Times” qəzeti yazıb ki, ABŞ Prezidenti Co Bayden Rusiyaya zərbə endirmək üçün Amerikanın uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib. “Le Figaro” yazıb ki, “Storm Shadow” və SCALP raketləri ilə bağlı oxşar qərarlar Böyük Britaniya və Fransa tərəfindən verilib. Reuters agentliyinin məlumatına görə, Ukrayna yaxın günlərdə Rusiyaya uzaqmənzilli silahlarla zərbələr endirməyi planlaşdırır.

Prezident Vladimir Putin sentyabr ayında xəbərdarlıq etmişdi ki, NATO ölkələri, ABŞ və Avropa ölkələri Rusiya ilə müharibə vəziyyətindədir:

“Əgər bu belədirsə, o zaman bu münaqişənin mahiyyətindəki dəyişikliyi nəzərə alaraq, bizim üçün yaranacaq təhdidlərə əsaslanaraq müvafiq qərarlar qəbul edəcəyik”.

Xəzər

“Cebheinfo.az”

Избранный
14
cebheinfo.az

1Источники