RU

Aşırı doza narkotikdən ölənlərin sayı - ŞOK STATİSTİKA

Bu ilin yanvar-oktyabr aylarında 6 ton 061 kiloqram 819,096 qramdan çox narkotik dövriyyədən çıxarılıb.   Manset.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatda qeyd olunub. Bildirilib ki, qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin və psixotrop maddələrin 512 kq 164,959 qr-nı heroin, 5 ton 008 kq 382,751 qr-nı marixuana, 154 kq 257,47 qr-nı tiryək, 38 kq 852,443 qr-nı həşiş, 191 kq 744,959 qr-nı psixotrop maddələr, 156 kq 416,514 qr-nı digər narkotik vasitələr təşkil edib. "Həmçinin göstərilən dövr ərzində 37317 ədəd metadon, 15272 ədəd çətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə, 10 qr prekursor qanunsuz dövriyyədən götürülüb", - məlumatda qeyd olunub. Məlumata görə, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 145 milyon 389 min manat kimi qiymətləndirilir. Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində 386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər) 866 xəstə müalicə alır. Narkotik vasitələrdən aşırı doza nəticəsində yanvar-sentyabr aylarında 4-ü qadın və 68-i kişi olmaqla ümumilikdə 72 nəfər vəfat edib ki, onlardan 17-20 yaşadək 1 nəfər, 25-29 yaşadək 10 nəfər, 30-40 yaşadək 28 nəfər, 41-50 yaşadək 19 nəfər, 50-52 yaşadək 7 nəfər, 55-65 yaşadək 7 nəfər təşkil edir.

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə cari ilin müvafiq dövri ərzində narkotik vasitələrdən aşırı doza nəticəsində vəfat edənlərin sayı 90 nəfər azalıb.

Избранный
58
8
manset.az

10Источники