RU

ƏrdoğanUkrayna ilə bağlı nə təklif edəcək?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan G20 sammiti zamanı Ukraynada müharibənin dondurulması ilə bağlı öz təklifini təqdim etməyi planlaşdırır. Buraya NATO-ya üzvlüklə bağlı müzakirələrin təxirə salınması da daxildir.

Bu barədə EDnews "Bloomberg”ə istinadən xəbər verir.

Nəşr qeyd edir ki, prezident Volodimir Zelenskinin sülh formulu NATO-ya üzvlük üçün aydın yolun əldə edilməsinə, eləcə də təhlükəsizlik təminatlarına əsaslanır.

 
Mənbələrin bildirdiyinə görə, Ərdoğan Vladimir Putinə güzəşt olaraq Ukraynaya Alyansa qoşulma ilə bağlı müzakirələri ən azı 10 il təxirə salmağı təklif edəcək. 


Xüsusilə, Türkiyənin təklifi Ukraynanın şərqində silahsızlaşdırılmış zonanın formalaşdırılmasını, həmçinin orada beynəlxalq qoşunların yerləşdirilməsini və NATO-dan kənarda qalmağa razılığın təzminatı kimi Kiyevə hərbi təminat verilməsini nəzərdə tutur.


Adının açıqlanmayan türk rəsmilərinin sözlərinə görə, Kiyevin təklifi qəbul etməsi çətin olacaq, lakin bu, sabit atəşkəsin təmin olunmasına imkan verəcək. Eyni zamanda, plan Ukraynanın NATO-ya qoşulacağı təqdirdə NATO ilə Rusiya arasında birbaşa münaqişə riskindən narahat olan Kiyevin müttəfiqlərini də razı sala bilər.

Избранный
27
1
ednews.net

2Источники