RU

İki təkər üstündə gəzənlər: El arasında motosikletə “Şeytan arabası”da deyirlər

Bu gün Bakıda və ölkəmizin  digər şəhər, qəsəbə, kəndlərində çoxlu sayda  mopedlər, motosikletlər  fəaliyyət göstərir.
Demək olar ki, onları idarə edənlərin  çoxu yol hərəkəti qaydalarını pozur və digər hərəkət  iştirakçılarının həyatı üçün təhlükə yaradırlar. Son vaxtlar həmin nəqliyyat vasitələrinin iştirakı ilə Bakıda bir neçə ölümlə nəticələnən ağır qəzalar baş verib.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev “Sherg.az”a bildirib ki, motosiklet təhlükəli nəqliyyat vasitəsidir:

“El arasında motosikletə “Şeytan arabası”da deyirlər. Təhlükəsizlik qaydalarına əməl etməyəndə və biraz da məsuliyyətsiz idarə edəndə qəza, yaralanma, zədələnmə və ölüm halları qaçınılmaz olur. Düzdür, bununla bağlı tədbirlər görülməyə başladı. Yəni sürücülük vəsiqəsi, qeydiyyat nömrə nişanı tələb olundu və reydlər keçirildi. Lakin son zamanlar keçirilən tədbirlərlə bağlı sanki ya ara verilib, ya da ki, nəzarət zəifləyib. Əslində Yol Patrul Xidmətinin əməkdaşları bəzən şərait yaradır ki, motosiklet sürücüləri işləsin, çörək pulu qazansınlar. Təbii ki, hər kəsin sürücülük vəsiqəsi, qeydiyyat nömrə nişanı almağa bəzən savadı, və ya vəsaiti çatmır. Ancaq bu cür olmaz. Çünki həm özlərinə, həm də digər sürücülərə təhlükə yaradırlar. Müəyyən qədər nəzarət lazımdır. İnzibati Xətalar Məcəlləsində kifayət qədər nəzərdə tutulmuş cəzalar var. Əslində istəmərəm ki, həmin an cəzalandırılsınlar. Məcbur olduqda cəzalandırmaq lazımdır ki, bu cür hərəkətlərdən yayınsınlar”.
Избранный
34
sherg.az

1Источники