Aktual.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
O bildirib ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyaya 2,1 faiz bənd azaldıcı təsir edəcək:
"2025-ci ildə makroiqtisadi sabitliyin əsas lövbəri məzənnə sabitliyi olacaq. Ölkədə maliyyə sabitliyinin qorunması, rəqəmsal ödənişlərin genişləndirilməsi və digər məsələlər Mərkəzi Bankın prioritetləri olacaq".