RU

Son üç ildə 1600 peşə hazırlığı kursu cəlb edilib - Nazir

Son üç ildə Dövlət Məşğulluq Agentliyi 1600 peşə hazırlığı kursunu təşkil edib. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "İqlim dəyişikliyinə davamlı gələcək naminə insan inkişafına sərmayə qoyuluşu üzrə yüksək səviyyəli görüş”də keçirilən panel müzakirələri zamanı deyib.
 

O bildirib ki, bu proses növbəti illərdə də davam etdiriləcək.
 
Nazir vurğulayıb ki, yaşıl iqtisadiyyata keçid onların əsas hədəflərindən biridir. Ona görə də, yaşıl iş yerlərinin açılması və bu istiqamətdə işçi qüvvəsinin hazırlanmasına diqqət ayrılacaq.
 
Sahil Babayev qeyd edib ki, hazırda nazirlik tərəfindən yaşıl bacarıqlar üzrə kurslar keçirilir.
 
Gülnar Nazimqızı 

www.anews.az
Избранный
18
anews.az

1Источники