RU

Yaponiyanın baş naziri tıxacda qaldı, APEC sammitində ailə şəklinə düşə bilmədi

Yaponiyanın baş naziri tıxacda qaldı, APEC sammitində ailə şəklinə düşə bilmədi

Yaponiyanın baş naziri İşiba Şiqeru tıxacda qaldığı üçün Asiya Sakit Okean Əməkdaşlıq Təşkilatının (APEC) Sammitinin ailə fotosessiyasına qatıla bilməyib.Perunun paytaxtı Limada keçirilən APEC Sammitinin ailə fotosunda İşibanın yer almadığı diqqətdən yayınmayıb.Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoşimasa mətbuat konfransında zirvə toplantısında İşibanın ailə fotosunda yer almaması ilə bağlı sualı cavablandırıb.O, İşibanın qəbiristanlıq ziyarətindən sonra zirvə ərazisinə qayıdarkən yol qəzası nəticəsində tıxacda qaldığığını bildirib. Nəticədə Yaponiya lideri APEC liderləri, o cümlədən ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpinlə ailə şəklinə girə bilməyib.Rəsmi "Kyodo" agentliyinin xəbərində İşibanın paytaxt Limanın şəhərətrafı bölgəsində yapon əsilli Perunun keçmiş prezidenti Alberto Fuximorinin məzarını ziyarət etdiyi bildirilib.1990-2000-ci illər arasında Cənubi Amerika ölkəsinin prezidenti vəzifəsində çalışmış yapon əsilli Alberto Fuximori sentyabrda 86 yaşında vəfat edib.

Избранный
29
2
afn.az

5Источники