RU

Berbok Baydenin raketlərlə bağlı qərarını son dərəcə vacib adlandırıb

Almaniyanın xarici işlər naziri Annalena Berbok diqqət çəkən açıqlamalar verib. O, ABŞ prezidenti Cozef Baydenin Rusiyanın dərinliklərinə ATACMS raketləri atmaqla bağlı icazəsinin son dərəcə əhəmiyyətli olduğunu bildirib. Bu barədə "Reuters" agentliyi sitat gətirir.

"Amerika tərəfinin qərarından danışmaq istərdim. Vurğulamaq istərdim ki, bu, artıq görülməyə başlayan müəyyən tədbirlərin gücləndirilməsidir",-  dedi.

Onun sözlərinə görə, belə bir qərar “hazırda son dərəcə vacibdir”.

Xatırladaq ki, dünən “New York Times” (NYT) öz mənbələrinə istinadən diqqət çəkən məlumat yaymışdı. Nəşr iddia edib ki, ABŞ prezidenti Cozef Bayden ilk dəfə olaraq Ukraynaya Rusiya ərazisinə hücum etmək üçün ATACMS raketlərindən istifadə etməyə icazə verib.

Tural

Избранный
16
news365.az

1Источники