RU

İslamın yayılmasında mühüm rol oynayan döyüş burada baş veribmiş – FOTO

İslamın yayılmasına şərait yaradan qələbənin qazanıldığı döyüş meydanı tapılıb.

Ulusal.az xəbər verir ki, “Soyuq müharibə” dövrünə aid ABŞ-ın kəşfiyyat peyk görüntüləri İslam tarixində kritik dönüş nöqtəsi olan Qadisiyyə döyüşünün yerini ortaya qoyub.

Bu kəşf 636 və ya 637-ci illərdə müsəlman ərəblərin Sasani imperiyası üzərində qələbə qazandıqları tarixi döyüşün təfərrüatlarını işıqlandırır.

İndiki İraqda baş verən Qadisiyyə döyüşü müsəlman ordularının Fars torpaqlarına və onun hüdudlarından kənara genişlənməsinə imkan verən dönüş nöqtəsi olub. Lakin bu günə qədər döyüşün dəqiq harada baş verdiyi bəlli olmayıb.

Durham Universiteti və Qadisiyyə Universitetindən olan bir qrup araşdırmaçı ABŞ-ın 1970-ci illərdə çəkdiyi peyk görüntüləri və tarixi sənədlərdən istifadə edərək döyüşün getdiyi ərazini müəyyən edə bilib.

Görüntüləri təhlil edən tədqiqatçılar Kufədən təxminən 30 kilometr cənubda Qadisiyyə döyüşünü təsvir edən mətnlərdəki təfərrüatlarla üst-üstə düşən ərazi aşkar ediblər. Burada tapılan qala və qoşa divar xarabalıqları heyrətə səbəb olub.

Məlum olub ki, uzunluğu təxminən 9,7 kilometr olan divarın böyük hissəsi ya əkinçilik sahələri ilə birləşib, ya da dağıdılıb. Həmçinin dərin xəndək, qədim çay yatağı və müharibə dövründəki saxsı qablar aşkar edilib.

Избранный
6
3
moderator.az

4Источники