RU

Bakıda dəhşətli qətl: 25 yaşlı qadını əri öldürdü

Bakının Sabunçu rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Bəxtiyar Vəliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası noyabrı 27-nə təyin olunub. 

İttihama görə, bu ilin avqustun 17-də Sabunçu rayonu ərazisində 1999-cu il təvəllüdlü Xumar Həsənlinin almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Bəxtiyar Vəliyevin rayon ərazisində yaşadıqları fərdi yaşayış evində arvadı Xumar Həsənliyə kəsici-deşici alətlə xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Bəxtiyar Vəliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Fariz Məlikli
Demokrat.az
Избранный
8
demokrat.az

1Источники