RU

Nikolo Facoli qumar asıllığından danışdı: “Mənə pul gərək deyildi”

“Yuventus”un və İtaliya yığmasının mərkəz yarımmüdafiəçisi Nikolo Facoli özünün qumar aludəçiliyindən söhbət açıb.

Arena.az xatırladır ki, daha əvvəl 23 yaşlı futbolçu qanunsuz mərc oyunları oynadığı üçün, müddəti 2024-cü ilin may ayında başa çatmış yeddi aylıq cəza ilə üzləşmişdi.

“Mən 23 yaşa qədər komandada ikən böyük mərc qoyuluşları etməyə başlamışdım, məhz burada həmişəkindən daha çox pul tökməyə başladım. Düzünü desəm, mən heç pul udmaq üçün belə, oynamırdım. Mənə pullar gərək deyildi. Bunu, mənə verdiyi adrenalin üçün oynadım və bu, ən böyük fəsad idi.

“12-13 saat telefona yapışıb qalardım”

Ən pis halda, 12-13 saat telefona yapışıb qalardım və onlar bir-iki saat kimi uçub-gedirdilər, sadəcə nə baş verdiyini başa düşmək olmurdu. Mənə elə gəlirdi ki, bu qovuğun içərisində ilişib qalmışam, onun xaricində nə baş verdiyini isə hiss etmirəm. İnsanlar mənə suallar verirdilər, mən də cavablayırdım, amma bir saatdan sonra başa düşürdüm ki, bunların heç biri mənə çatmayıb və onların mənə nə dediklərini belə, bilmirəm”, – “Football Italia” dərgisi Facolidən sitat gətirir.

Xatırladaq ki, “Yuventus” 23 yaşlı gənc futbolçusu ilə 2028-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş yeni müqavilə imzalayıb. Yarımmüdafiəçinin əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin yayına qədər nəzərdə tutulmuşdu. “Yuventus”un Facoli ilə yeni müqavilə bağlamasının gənc futbolçusuna dəstək xüsusiyyəti daşıdığı vurğulanır.

Nikolo Facoli “Pyaçentsa”, “Kremoneze” və “Yuventus” klublarında yetişib. Nikolo 2021-ci ilin yanvarından turinlilərin əsas komandasında çıxış edir. 2021/2022 mövsümünü Facoli “Kremoneze”də icarədə keçirərək, yenidən “qoca sinyora”nın düşərgəsinə qayıdıb.

Cari mövsümdə Facoli “byankoneri”nin heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib.

Nikolo Turin təmsilçisinin heyətində ümumilikə 59 oyun keçirib, 3 qola və 8 məhsuldar ötürməyə imza atıb.

Facoli 2022-ci ilin noyabrında debüt etdiyi İtaliya yığmasının heyətində 7 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Xatırladaq ki, italyan futbolçu qanunsuz mərc oyunlarında pul qoyuluşu təsdiqləndikdən sonra 7 ay müddətinə diskvalifikasiyaya məruz qalıb. Facoli qanunsuz qumar oynadığına görə ciddi cəzadan yayınmaq üçün məhkəməyə müraciət etmişdi. Bundan əlavə, Facolinin agenti futbolçunun qumar asılılığından əziyyət çəkdiyini və tezliklə lazımi müalicədən keçəcəyini bildirmişdi. Həmçinin Facoli bu məsələdə istintaqla əməkdaşlıq edib. Bu səbəbdən də Nikolonun cəzası yüngül olub. Əks halda Facoli daha ağır cəzalarla üzləşə bilərdi.

“Transfermarkt” internet-portalı 23 yaşlı italyan mərkəz yarımmüdafiəçisi Nikolo Facolinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Избранный
8
arena.az

1Источники