RU

Müstəmləkə ərazilərində nüvə sınaqlarına etiraz olaraq COP29 çərçivəsində aksiya təşkil edilib

COP29 çərçivəsində müstəmləkə ərazilərinin nümayəndələri tərəfindən nüvə sınaqlarının ətraf mühitə və insanlara vurduğu zərərlərə qarşı Mavi Zonada etiraz aksiyası keçirilib.

hakimiyyet.az xəbər verir ki, aksiyada nüvə silahlarının ətraf mühitə və yerli xalqların sağlamlığına vurduğu ziyanın aradan qaldırılması tələb olunub.

Yerli xalqların nümayəndələri kolonial dövlətlər tərəfdən Dənizaşırı ərazilərdə insan hüquqlarının kobud şəkildə pozulması və bu müstəmləkələrdə keçirilən nüvə sınaqlarının yerli xalqlara vurduğu ağır ziyanı qınayıblar.

Aksiya dənizaşırı ərazilərin sakinləri tərəfindən səslərini beynəlxalq ictimaiyyətə çatdırmaq məqsədilə təşkil edilib.

Müstəmləkə ərazilərində nüvə sınaqlarına etiraz olaraq COP29 çərçivəsində aksiya təşkil edilib

Müstəmləkə ərazilərində nüvə sınaqlarına etiraz olaraq COP29 çərçivəsində aksiya təşkil edilib

Aygün Mirakif

Избранный
15
1
hakimiyyet.az

2Источники