RU

Türkiyədə iki deputat istefa verdi

Türkiyə parlamentinin iki deputatı üzv olduqları partiyadan istefa veriblər.

Türkiyə KİV-i xəbər verir ki, deputatlar Camal Enginyurt və Salih Uzun Demokrat Partiyasından ayrıldıqlarını bəyan ediblər.

Cemal Enginyurt sosial media hesabında yayımladığı video ilə istefa qərarını açıqlayıb. "Cəsur bir ürək olmağa davam edəcəyəm", - o deyib.

Salih Uzun isə istefa səbəbini belə izah edib: "Mərkəz siyasətin tarixi ünvanı olmaq məsuliyyəti üzərinə hərəkət edilməyib. Türkiyənin gələcəyi ifrat siyasi yanaşmaların insafına buraxılmamalıdır. Mərkəz vacibdir".

"Cebheinfo.az"

Избранный
15
3
cebheinfo.az

4Источники