RU

Moskva məktəbində əlliyə yaxın uşaq zəhərlənib

 Moskvada məktəbdə 50-yə yaxın uşaq zəhərlənib.

Qaziler.az bildirir ki, bu barədə "Mash" Telegram kanalı xəbər verir.

Ehtimallara görə, səbəb su aparatından gələn su olub. Telekanalın məlumatına görə, hər sinifdə norovirusa yoluxmuş ən azı bir şagird müəyyən edilib. Məktəb karantinə bağlanıb.

Valideynlər kanala bildiriblər ki, uşaqlar keçən həftə özlərini pis hiss ediblər. Lakin pedaqoji kollektiv, onların dediyinə görə, heç bir tədbir görməyib və uşaqların evə aparılmasına icazə verməyib.

Uşaqlar sonradan bildirdilər ki, aparatdan gələn suyun pis dadı və şübhəli qoxusu olub. Zərərçəkmiş uşaqların valideynləri əmindirlər ki, uşaqlar sudan zəhərlənib. Onlar həmçinin tədarükçüləri və məktəb rəhbərliyini məhsulun keyfiyyətini yoxlamamaqda günahlandırırlar. Hazırda bütün uşaqlar evdədir.

Valideynlər prokurorluğa imüraciət ediblər.

QAZİLER.AZ

Избранный
11
qaziler.az

1Источники