RU

COP29: İqlim dəyişikliyi ilə mübarizədə gənclərin liderliyi mövzusunda panel keçirilib

Yazını böyüt
Yazını kiçilt

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 18-də “İqlim dəyişikliyi ilə mübarizədə gənclərin liderliyi: Təhsil və yenilik vasitəsilə ilhamlandıran dəyişiklik” adlı panel təşkil olunub.

Hafta.az xəbər verir ki, tədbir Sumqayıt Dövlət Universiteti və Oksford Universitetinin (Said Business School) təşkilatçılığı ilə reallaşıb.

Tədbirin moderatoru, Oksford Universitetinin əməkdaşı Josephine Fawkes çıxış edərək, panel haqqında ətraflı məlumat verib.

Paneldə Oksford Universitetinin İdarəetmə Tədqiqatları üzrə professoru Juliane Reinecke və universitetin baş elmi işçisi Meri Constoun-Louis, Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov, “Şiv Nadar Eminence” İnstitutunun vitse-kansleri Ananya Mukherjee, “Burjeel Holdings”in baş tibb mütəxəssisi və təyin olunmuş institusional direktor Mohammad Fityan və İqlim Dəyişikliyi üzrə Universitetlərin Qlobal Alyansının baş gənclik direktoru Alice Ho çıxış ediblər.

Sumqayıt Dövlət Universitetinin rektoru dosent Rüfət Əzizov qeyd edib ki, təhsil məzmununu öyrətmək və proqnozlaşdırmağı biliriksə, əslində bu, iqlim təhsilinə bərabərdir. “Biz iqlim təhsilini proqram, layihə və ya kurikulum kimi görmürük. Bu, əslində bütün təhsil sisteminin vahid hissəsi və ya təhsilin bütün sütunları üçün məzmun olmalıdır”,- deyə o əlavə edib.

Azərbaycanda mövcud olan təhsil sistemindən söhbət açan rektor deyib: “Beş il əvvəl Azərbaycanda peşə təhsili məktəblərinə 12 min nəfər qəbul olub. İndi bu say 24 min nəfərə qədər artıb. Həmçinin on il əvvəl ali təhsilə çıxış 32 faiz idisə, bu il bu rəqəm 60 faizə yaxındır. 2026-cı ilə qədər onu 75 faizə qədər artırmaq planı var”.

Digər çıxışçılar mövzu ilə bağlı geniş müzakirə apararaq, fikirlərini bölüşüblər.

Müzakirələr sual-cavab hissəsi ilə davam edib.

Избранный
1
3
hafta.az

4Источники