RU

İranda fəal qeyri-adi etiraza başladı - Dodaqlarını tikərək...

İranda fəalların aksiyaları səngimək bilmir.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə İranda saxlanılan bəzi şəxslərin azadlığa buraxılmasını tələb edən fəal intihar edib.
 
Bu gün eyni tələblə başqa bir fəal sosial media hesabında dodaqlarının tikildiyi görüntüləri paylaşaraq Tehranda oturaq aksiyaya başlayacağını açıqlayıb.

Onun istəyinə uyğun olaraq dodaqlarını tikdiyi fotosunu paylaşan Roneki Tehranın Vəliəsr küçəsinin bir küncündə təkbaşına oturaq etiraz aksiyasına başlayacağını deyib.
 
Roneki paylaşımında \"Gəlib oturanda məni ya həbs edə, ya da apara bilərsiniz. O vaxta qədər müqavimətim özümündür. Kiyanuşun canını verdiyi dava uğrunda mübarizə aparacam. Dodaqlarım qalacaq\" deyib.

Kiyanuş Senceri 2021-ci ildə baş verən etirazlar zamanı qətl və ictimai asayişi pozmaq ittihamı ilə edama məhkum edilən 3 nümayişçinin azadlığa buraxılmasını tələb edib.
 
Mikayıl
Избранный
18
azxeber.com

1Источники