RU

Aİ Rusiya ilə əməkdaşlığa görə İrana qarşı sanksiyaları genişləndirir

Avropa İttifaqı (Aİ) İranın Rusiyaya hərbi yardım göstərdiyi iddiasına görə ona qarşı yeni sanksiyalar tətbiq edib. Missiya.Az xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında məlumat yayılıb.

Sənəddə deyilir: 

“Bugünkü qərar raketlərin və pilotsuz təyyarələrin hazırlanması və istehsalı üçün istifadə olunan komponentlərin ixracı, ötürülməsi, tədarükü, İrana satışına qadağa qoyulmasını nəzərdə tutur. İranın ən böyük gəmi sahibi şirkəti olan İran İslam Respublikası Dəniz Gəmiçiliyi Qrupu və onun direktoru Aİ-nin qara siyahısına salınıb. Aİ həmçinin İran silah və sursatlarının daşınmasına görə Rusiyanın üç gəmiçilik şirkətinə - MG-Flot, VTS-Broker və Arapax-a qarşı sanksiyalar tətbiq edib.

Zərintac MayisqızıMissiya.Az

Избранный
15
5
missiya.az

7Источники