RU

COP29-un Mavi Zonasında yüksəksəviyyəli panel iclası keçirilir

Noyabrın 18-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada "COP29: İqlim dəyişmələri kontekstində insanların yerdəyişməsi üçün inteqrə olunmuş həll yolları üzrə qlobal əməkdaşlığın gücləndirilməsi" mövzusunda yüksəksəviyyəli panel iclası keçirilir.

Avtosfer.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunub.

Müxtəlif ölkələrin və beynəlxalq təşkilatların yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə keçiriləcək panel müzakirələri miqrasiya, ətraf mühit və iqlim dəyişikliyi arasındakı əlaqəyə diqqət yetirəcək və bu sahədə inteqrasiya olunmuş həllərin hazırlanması üçün qlobal əməkdaşlığı təşviq edəcək.

Избранный
27
3
avtosfer.az

3Источники