RU

"Bavariya"nın qapıçısı ağır xəstəliyə tutuldu

Almaniyanın “Bavariya” klubunun qadınlardan ibarət komandasının qapıçısı Mariya Luiza Qroxs ağır xəstəliyə tutulub.   Manset.az “Miasanrot”a istinadən xəbər verir ki, bu barədə 23 yaşlı qapıçı yayımladığı videoda etiraf edib. Qolkiper ona bədxassəli şiş diaqnozu qoyulduğunu bildirib: "Xəstəlik gözləmədiyim bir çağırışdır. Amma buradakı hər kəsin köməyi ilə bunu dəf edəcəyimə və tam sağalacağıma əminəm. Münhendəki həkimlərin nəzarəti altında, ən yaxşı şəraitdə müalicə alıram. Komandamın və klubun dəstəyinə tam güvənə bilərəm". Münhen təmsilçisi jest edərək onunla mövsümün sonunda başa çatacaq müqavilənin müddətini daha bir il uzadıb. Klub prezidenti Herbert Hayner qapıçıya dəstək verəcəklərini və sağalması üçün əllərindən gələni əsirgəməyəcəklərini söyləyib.

Qeyd edək ki, Mariya Kuiza Qroxs 2019-cu ildə “Bohum”dan “Bavariya”ya transfer olunub. Əvvəlcə ehtiyat heyət üçün nəzərdə tutulan qapıçı 2022-ci ildə əsas komandaya dəvət alıb və indiyə qədər 81 oyun keçirib. Komandası ilə üç dəfə Almaniya çempionu olan qolkiper 2024-cü ildə ölkə superkubokunun da qalibi olub. O, “Bavariya”nın heyətində 2023/2024 mövsümündə meydana çıxdığı 22 matçda cəmi 8 qol buraxıb, 16 oyunda qapısını toxunulmaz saxlayıb.

Избранный
18
4
manset.az

5Источники