RU

"Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli panel keçirilib

COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçirilib.

Panel sessiyası iqlim çağırışlarına cavab kimi təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr olunub.

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, əsas məqsəd təhsil çərçivələrini iqlim dayanıqlılığı və fəaliyyətlərinə üstünlük vermək üçün yenidən tənzimləməkdir:

"Bu isə iqlim savadlılığının təhsil standartlarına inteqrasiya olunması və öyrənənlərin iqlim həllərinə fəal şəkildə töhfə verə biləcək bacarıqlarla təmin edilməsi deməkdir".

Müzakirələr zamanı Azərbaycanda STEAM təhsili təşəbbüsünün şagirdlərə "yaşıl enerji" və davamlılıq sahəsində real layihələr üzərində işləməyə imkan yaratdığı da qeyd edilib.

Избранный
8
5
aznews.az

6Источники