RU

"Müəllimləri vergidən azad etsək.." - Millət vəkilindən AÇIQLAMA

Son vaxtlar müəllimlərin vergidən azad olunması ilə bağlı məsələlər müzakirə olunur. Bu barədə müəyyən təkliflər irəli sürülür. Bundan öncə də təhsil işçiləri üçün güzəştli kartların hazırlanması təsdiqlənib.

Bəs müəllimlər vergidən tam azad oluna bilərmi?

Bu barədə millət vəkili Ceyhun Məmmədov Redaktor.az-a açıqlamasında bildirdi ki, belə qərar verərkən, biz ölkəmizin iqtisadi reallığını da nəzərə almalıyıq.

"Yəni bu gün biz əgər müəllimləri, vergidən azad etsək, həkimlər də, digər sahənin mütəxəssisləri də bizdən bunu istəyəcək. Yəni avtomatik olaraq sual veriləcək ki, niyə məhz müəllimlər azad olunur, biz azad olunmuruq. Yəni bu, hesab edirəm daha çox populist yanaşmadır, iqtisadi reallığa əsaslanan bir yanaşma deyil.  Bu gün Azərbaycanda 10 minlərlə müəllimlər işləyir və çalışır və onların hər biri vergi verir. Vergi həm mədəniyyət, həm dövlətçilik, həm də dövlətə dəstəkdir, dövlətin siyasətinin yanında olmaqdır. Ona görə bu məsələlərə yanaşmada hər kəsin ehtiyatlı və diqqətli olmasına ehtiyac var. Bəzən biz bir fikri deyirik, sonra isə bunun ardınca həyata keçməyəndə müəyyən narazılıqlar və anlaşılmazlıqlar baş verir. Ona görə bu mövzuda, məqamda hər kəs diqqətli olmalı və hər kəs açıqlamalarında reallığını nəzərə almalıdır".

Millət vəkilinin sözlərinə görə, müəllimlərin rifahını yaxşılaşdırmaq üçün onların maaşının qaldırılması təklif edilə bilər.

"Əgər biz müəllimlərə yaxşılıq etmək istəyiriksə, bizim arzu və istəyimiz budursa, hesab edirəm ki, burada maaşların qaldırılmasını təklif edə bilərik. Yəni bu məsələdən çıxış yolu maaşların qaldırılmasıdır. Çünki biz müəllimlərin vergidən azad edildiyi təqdirdə başqa sahələrdə də çox ciddi yanaşmaların şahidi olacağıq. Digərləri də deyəcək ki, ehtiyacımız var, biz də azad vergidən azad olunmağımızı istəyirik. Bunun üçün vahid yanaşma, baxış olmalıdır. Yəni biz bunu etmədiyimiz təqdirdə bunun gələcəkdə əziyyətini çəkəcəyik və ciddi problemlərlə üz-üzə qalacağıq. Ona görə hər kəs diqqətli olmalıdır ki, bu cür problemlər, anlaşmazlıqlar yaşanmasın".

Türkan İSGƏNDƏRLİ

Избранный
24
2
redaktor.az

3Источники