RU

Bu il kafe və restoranlar 1.9 milyard manat qazanc əldə edib

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 11,1% artaraq 1 milyard 877 milyon manat olub.

Azpost.info “APA-Economics” ə istinadən bildirir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə isə 0,5 faiz artıb.

Qeyd edək ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2%-i hüquqi şəxslərin, 48,8%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 12,9% artaraq 953 milyon manat olub.

Избранный
34
9
azpost.info

10Источники