RU

Oqtay Abdullayev: "Veteranların millimiz üçün ürəyi ağrıyır"

"Komanda son qarşılaşmada yaxşı çıxış etdi, şanslarımız oldu, sadəcə, qol vura bilmədik. Bizim üçün də əsas nəticə idi. Fernandu Santuş yeni gəlib. Sərəncamında olan futbolçularla nəsə edə bilmir. Yerli oyunçular Premyer Liqada daha çox meydanda olmalıdırlar".

İdman.biz Sport24.az-a istinadən xəbər verir ki, bu sözləri Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayev deyib.

İttifaq sədri veteranların nəticələrə görə narahat olduqlarını, millinin seçmə mərhələdə çox zəif çıxış etdiyini də vurğulayıb: "Yığmamız bu il Millətlər Liqasında çox zəif çıxış edir. Ona görə də D Liqasına düşürük. Veteranların hamısının milli komandamız üçün ürəyi ağrıyır. Çox istərdik ki, yığmanın səsi-sorağı yüksək zirvələrdən gəlsin, ancaq alınmır. Mən yenə deyirəm, yığma üçün canını qoyan veteranların futbol bacarığından istifadə etmək lazımdır. Eyni sözlər klublara da şamil olunur. Veteranlara güvənməlidirlər".

Qeyd edək ki, noyabrın 16-da Qəbələdə keçirilən görüşdə millimiz Estoniya ilə qolsuz bərabərə qalıb.

İdman.biz

Избранный
50
idman.biz

1Источники