Ukrayna-Rusiya müharibəsində daha bir həmyerlimiz həlak olub.
Hurriyyet.az xəbər verir ki, Ukrayna ordusu sıralarından müharibəyə qoşulan əslən Kürdəmir rayonundan olan 1998-ci il təvəllüdlü Eminov Teymur Asif oğlu Rusiyanın endirdiyi zərbələr nəticəsində həlak olub.
O, Donetskin Revnopol kəndində gedən döyüşdə həyatını itirib.
T. Eminov Ukrayna vətəndaşı imiş. (Qafqazinfo)