RU

“Sabahkı oyunda qalib gəlmək istəyirik” – İsveçin baş məşqçisi

“Sabahkı oyunda qalib gəlmək istəyirik. Meydana da bu məqsəd üçün çıxacağıq”.

Bu sözləri İsveç millisinin baş məşqçisi Yon Dal Tomasson UEFA Millətlər Liqasının C Divizionunun sonuncu – VI turunda Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun barədə danışarkən deyib.

Mütəxəssis sabahkı qarşılaşmada isveçli azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib: “Meydana qələbə fikri ilə çıxmaq çox vacibdir. C Divizionunda ən yaxşı komanda olmaq istəyirik. Bu, 2026-cı il dünya çempionatına vəsiqə uğrunda pley-off şansımızı artıra bilər. Bir neçə futbolçumuz zədəlidir. Start heyəti ilə bağlı hər şey sabahkı tibbi müayinədən sonra məlum olacaq”.

Qeyd edək ki, noyabrın 19-da “Strouberri Arena”da keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. (Azertac)

Избранный
19
4
idmanxeber.az

5Источники