RU

Dare Akogun: "Hazırda Afrika əhalisi gəlir qazana bilmir və ərzaq çatışmazlığı ilə üz-üzədir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Nüvə silahlarının ətraf mühitə vurduğu zərər nəticəsində Afrika xalqları normal yaşamına qayıda bilmir".
Bu sözləri Oxu.Az-a açıqlamasında iqlim reportajı üzrə araşdırmaçı Dare Akogun deyib.
O bildirib ki, hazırda Afrika əhalisi gəlir qazana bilmir və ərzaq çatışmazlığı ilə üz-üzədir:
"Afrika əhalisinin çox hissəsi fermerlərdir. Onların danışıqları əkinçilikdən asılıdır. Nüvə silahları ətraf mühiti məhv edib. Artıq əhalinin əkinçilik fəaliyyətləri əvvəlki kimi icra edilə bilməz. Gəlir qazana bilməmək, ərzaq çatışmazlığı ilə üzləşmək insanların əsas qayəsinə çevrilib. Dünya liderləri dağıdılmış torpaqları geri qaytarmaq üçün təzminat yolu axtarmalıdır. Onlar bunu edərsə, insanlar yenidən həyatlarını bərpa edə və normal insan kimi yaşaya biləcək.
İqlim dəyişikliyi hər kəsə, hərtərəfli təsir edir. Buna görə COP29-da bu məsələlər nəzərə alınmalıdır. Bir sözlə hərəkət-hərəkət...
İnsanlar bu gün burada sazişlər imzalamaq uğrunda dilə gətirilənlərin icrasını fəaliyyətdə görmək istəyirlər".
Aygün Mirakif
Избранный
25
oxu.az

1Источники