RU

COP29: İnnovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələr müzakirə olunub

Yazını böyüt
Yazını kiçilt

COP29 çərçivəsində noyabrın 18-də “Yaşıl işlər və bacarıqlar” mövzusunda yüksək səviyyəli üçtərəfli dəyirmi masa təşkil edilib.

Hafta.az xəbər verir ki, COP29 Sədrliyi / Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Asiya İnkişaf Bankı (ADB), Beynəlxalq Əmək Təşkilatı (ILO) və İƏT Əmək Mərkəzinin tərəfdaşlığı ilə baş tutan sessiyada iqlim dəyişmələrinə davamlı iş yerlərinin yaradılması üçün kadr ehtiyatını necə təmin etmək, əsas problemləri və innovativ həlləri vurğulamaqla hazırkı işçiləri necə yenidən hazırlamaq barədə müzakirələr aparılıb. Sessiyada iqlim dəyişikliklərinə uyğunlaşma prosesində yaşıl iqtisadiyyatın inkişafı üçün peşə bacarıqlarının artırılması, əmək bazarının çevikliyi əsas mövzular olub.

Sessiyada çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, insan kapitalı məsələsinə diqqət yetirmək çox önəmlidir: “Bazar iqtisadiyyatı, təcrübəli mütəxəssislər və sair iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə çox önəmlidir. Qadınları, fiziki qüsurlu insanları və digər iş tapmaqda çətinlik çəkən insanları əmək bazarına cəlb etmək lazımdır. Biz 100-dən çox təşkilatla əməkdaşlıq edirik. Yaşıl enerji ilə bağlı yeni işlər yaranır və bu işlərə tələbat çoxalır. Beləliklə, təhsilli kadrlar yetişdirmək çox önəmlidir”.

Gürcüstanın səhiyyə naziri Mixeil Sarjveladze çıxışında diqqətə çatdırıb ki, ən önəmli prioritetlərdən biri də dövlət tərəfindən maliyyələşən yeni əmək təlimlərinin həssas bölgələrdə təşkili və daha sonra həmin şəxsləri yeni iş yerləri ilə təmin etməkdir. O bildirib ki, ən əsas hədəf regionlarda, tətil bölgələrində iş yerlərinin yaradılmasıdır. Yaşıl iş yerləri yalnız yeni iş vakansiyaları yaratmaq deyil, ətraf mühitə daha məsuliyyətli yanaşmaqdır.

Böyük Britaniyanın Ətraf Mühit, Ərzaq və Kənd Məsələləri Departamentində Parlament Dövlət Katibinin müavini (təbiət naziri) Mary Creagh çıxışı zamanı yoxsulluq məsələsi barədə danışıb: “Bizim hədəflərimizdən biri yoxsulluğun qarşısını almaqdan ibarətdir. Bu forumda bir araya gələrək biz də ətraf mühit məsələlərinə öz töhfəmizi veririk. 6,3 milyon iş yerinin iqtisadi transformasiya nəticəsində itiriləcəyini gözləyirik. Buna görə “Skills England” adlı yeni əmək təlimlərini təşkil edən təşkilat yaratmışıq”.

Tərəfdaş qurumlar iqlimə davamlı iş yerlərinin yaradılması və mövcud işçilərin yenidən hazırlanması üçün əməkdaşlığın vacibliyini vurğulayıblar. Tədbir iştirakçıları, həmçinin innovativ həllərin tətbiqi və yaşıl iş yerlərinin inkişafı ilə bağlı uğurlu təcrübələri müzakirə ediblər.

Избранный
12
2
hafta.az

4Источники