RU

Azərbaycanda istehsalı azalan və artan aqrar məhsullar açıqlandı

2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 11 milyard 407,1 milyon manat təşkil edib.

Musavat.com Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu həcmin 5 milyard 540,2 milyon manatı heyvandarlıq, 5 milyard 866,9 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,0 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,5 faiz, bitkiçilik məhsulları üzrə isə 0,5 faiz artıb.

Hazırda ölkədə kənd təsərrüfatı məhsullarının yığımı davam edir. Noyabr ayının 1-nə kimi tarlalardan qarğıdalı da daxil olmaqla 3195,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz çox dənli və dənli paxlalı bitkilər, o cümlədən 1685,7 min ton buğda (8 faiz az)1785,6 min ton (1,8 faiz çox) tərəvəz, 1118,2 min ton (3,1 faiz çox) meyvə və giləmeyvə, 914,5 min ton (7,6 faiz az) kartof, 490,0 min ton (11,8 faiz çox) bostan məhsulları, 200,6 min ton (7,8 faiz az) üzüm, 164,5 min ton (31,5 faiz çox) şəkər çuğunduru, 139,5 min ton (17,4 faiz az) pambıq, 31,1 min ton (6,3 faiz çox) günəbaxan, 5588,1 ton (34,0 faiz çox) tütün, 1041,7 ton (5,5 faiz az) yaşıl çay yarpağı yığılıb.

2024-cü ilin yanvar-oktyabr aylarında quş əti də daxil olmaqla diri çəkidə 491,4 min ton ət, 1880,3 min ton süd, 1917,6 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. Bu isə o deməkdir ki, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,2 faiz, süd istehsalı 0,8 faiz, yumurta istehsalı 4,6 faiz artıb, yun istehsalı 2,1 faiz, barama istehsalı 32,9 faiz azalıb.

Musavat.com

Избранный
71
7
musavat.com

10Источники