RU

Ceyhun Bayramov ATƏT PA-nın vitse-prezidenti ilə regional vəziyyəti müzakirə edib

Bakı. Trend:

18 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29)çərçivəsində ölkəmizə səfər edən ATƏT Parlament Assambleyasının(PA) vitse-prezidenti Pere Xuan Pons Sampietro ilə görüşüb.

XİN-dən Trend-ə verilənxəbərə görə, görüşdə Azərbaycan və ATƏT arasında mövcud əməkdaşlıqgündəliyində duran məsələlər, regional vəziyyət, habelə COP29çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tərəflər ölkəmiz ilə ATƏT PA arasında intensiv dialoqunmövcudluğunun məmnunluq doğurduğunu, parlament diplomatiyasının, ocümlədən bu çərçivədə qarşılıqlı səfərlərin ümumi maraq kəsb edənməsələlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunubildiriblər.

İqlim dəyişikliyi təhdidinin insan təhlükəsizliyi və dayanıqlıinkişafa hədə olduğu, iqlim dəyişikliyinin bölgəmizdə və dünyamızdamüşahidə olunan fəsadlarının aradan qaldırılması səyləriningücləndirilməsi və bu istiqamətdə ən həssas qruplarındəstəklənməsinin COP29 sədrliyimizin prioriteti olduğubildirilib.

Sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində əldəolunan bir sıra uğurların, xüsusilə sessiyanın gündəliyinin ilkgündən razılaşdırılması, Paris Sazişinin 6.4-cü maddəsi üzrərazılıq əldə edilməsi və maliyyə institutları tərəfindən illikəsasda iqlim maliyyəsi öhdəliyinin 75 milyarddan 170 milyard ABŞdollarına qədər artırılmasının məmnunluq doğurduğu qeyd edilib.

Qarşı tərəf, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinintarixi, Ermənistanın hərbi işğalının nəticələri, postmünaqişədövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə regionalsülh prosesinin gedişatı barədə məlumatlandırılıb.

Vitse-prezident COP29 sədrliyi münasibətilə ölkəmizi təbrikedib, sədrlik fəaliyyətində uğurlar arzu edib. ATƏT çərçivəsindəiqlim dəyişikliyi ilə mübarizə səylərinə əhəmiyyət verildiyidiqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Избранный
31
38
az.trend.az

10Источники