RU

Kyeza "Liverpul"dan ayrılır, bu kluba keçəcək

İtaliya millisinin üzvü Federiko Kyeza “Liverpul”dan ayrılmağa hazırlaşır.

Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, yarımmüdafiəçi İngiltərədə özünü xoşbəxt hiss etmir. Ona görə də, İtaliyaya qayıtmağa müsbət yanaşır. Onun xidmətində isə “İnter” klubu maraqlıdır. Artıq tərəflərin danışıqlara başladığı və qış “transfer pəncərəsi” zamanı Milana yollanacağı gözlənilir.

Kyeza əvvəllər “Fiorentina" və "Yuventus"da oynayıb. Federiko “Liverpul”da cəmi bir oyunda meydana çıxıb.

27 yaşlı futbolçunun "Liverpul"la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

saytlarin hazirlanmasi

Избранный
16
sportal.az

1Источники