Berbok ABŞ-nin Rusiya ilə bağlı qərarını dəstəklədi
Almaniyanın xarici işlər naziri Annalena Berbok, kansler Olaf Şoltsun mövqeyinin əksinə olaraq, Amerika Prezidenti Co Baydenin Rusiya ərazisinin dərinliklərinə ATACMS raket zərbələrinin endirilməsini təsdiqləmək qərarını müsbət qiymətləndirib. Yeniavaz.com xəbər verir ki, o, bunu “rbb24” radiostansiyasına müsahibəsində bildirib. “Çoxdan məlumdur ki, mən, Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Naziri Robert Habeck və mənim partiyam buna Şərqi Avropalı tərəfdaşlarımız kimi, ingilislər, fransızlar və amerikalılar kimi yanaşırıq. Bu da beynəlxalq hüquq çərçivəsindədir”, - Berbok bildirib. Onun nöqteyi-nəzərindən, ATACMS raket zərbələri Rusiyadakı raket buraxılış qurğularını məhv edə bilər. Bununla belə, o, hər addımı ölçüb-biçməyə və dialoq aparmağa çağırıb: