Cənubi Koreya KXDR ilə əməkdaşlığa görə Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyə çalışacaq.
Bizim.Media xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Yoon Sook Yeol “Yonhap” agentliyinə açıqlamasında bəyan edib.
O bildirib ki, Moskva və Pxenyan arasında qarşılıqlı əlaqə guya beynəlxalq “sülh rejimi” üçün birbaşa çağırış olub:
“Rusiya-Şimali Koreya hərbi əməkdaşlığına güclü və effektiv məhdudiyyətlər qoymaq üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla sıx əməkdaşlıq edəcəyik”.
Qeyd edək ki, oktyabrın 23-də Şimali Koreya Rusiyaya daha 1500 hərbçi göndərib. Həmçinin hazırda Rusiyadakı hərbi bazalarda 3 min koreyalı hərbçi PUA idarəetməsi üzrə təlim keçib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта