RU

Hesablaşma-ödəniş əməliyyatlarının müşayiəti şöbəsinin mütəxəssisi - VAKANSİYA

"Bank VTB (Azərbaycan)" ASC, Hesablaşma-ödəniş əməliyyatlarının müşayiəti şöbəsinin mütəxəssisi vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir:

Tələblər:

  • İqtisadiyyat, maliyyə və ya oxşar ixtisas üzrə ali təhsil.
  • Bank sektorunda minimum 2 illik iş təcrübəsi, Əməliyyat departamentində profil üzrə təcrübəyə üstünlük verilir.
  • Rus dilində səlis danışmaq (ingilis dilinə üstünlük verilir).
  • Hesablaşma-ödəniş əməliyyatlarını icra etmək üçün zəruri olan əsas bank proqramlarına bələd olmaq.
  • Bank qanunvericiliyi və normativ aktlar üzrə anlayış və biliklər.

Vəzifələr:

  • Bankın müxbir hesabına daxilolmalar üzrə avtomatlaşdırılmış bank sistemində (ABS) müştəri hesablarında vəsaitlərin əks etdirilməsi.
  • Bankla kontragentlər arasında qarşılıqlı hesablaşmaların, o cümlədən təcili köçürmələrin və kommunal ödənişlərin aparılması.
  • Vergi sərəncamlarının icrası və emalı, qanunvericiliyin müddətləri və tələblərinə riayət edilməsi.
  • Hesablaşma-ödəniş əməliyyatları və naməlum məbləğlər üzrə araşdırmaların aparılması.
  • LORO və NOSTRO müxbir hesabları üzrə hesablaşmaların aparılması.
  • Qalıqların gündəlik tutuşdurulması, Bankın bütün müxbir hesablarının balansına çıxış.
  • Hesablaşma-ödəniş əməliyyatlarının icra edilməsi üçün XÖHKS, AZİPS və SWIFT sistemlərinə yaxşı bələd olmaq.
  • LORO hesabları üzrə çıxarışların yığılması və verifikasiyası (МТ9** formatları).
  • Konvertasiya və dilinq əməliyyatları üzrə hesablaşmalar (МТ3** formatları).
  • DSMF vergi sərəncamları və tapşırıqları ilə bağlı balansdankənar mühabirləşmələrin yığılmasıl və verifikasiyası.
  • Audit yoxlamaları ilə bağlı Bankın sorğularının, eləcə də digər bankların sorğularına cavabların hazırlanması.

CV-nizi linkə daxil olaraq göndərə bilərsiniz.  

Zemfira Ms
Fins.az

Избранный
19
fins.az

1Источники