ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra miqrantlarla mübarizə məqsədilə ABŞ-da fövqəladə vəziyyət elan edə bilər.Bu barədə "Newsweek" yazıb.
"Donald Tramp miqrantların kütləvi deportasiyası siyasətinin bir hissəsi kimi "milli fövqəladə vəziyyət” planı ilə bağlı çağırışları dəstəkləyib”, - deyə nəşr yazır.
Portalın məlumatına görə, Tramp bu addımı ABŞ-yə qanunsuz daxil olmuş əcnəbi cinayətkarların deportasiyasını həyata keçirmək üçün hərbi resurslardan istifadə edilməsini təmin etmək üçün nəzərdən keçirir.
www.anews.az