Qubada 19 yaşlı tələbə qəfil vəfat edib.
Medianews.az Mətbuat.az-a istinadən xəbər verir ki, hadisə rayonun Rustov kəndində baş verib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının 3-cü kurs tələbəsi Ləman Osmanova yaşadığı evdə ürəktutmadan vəfat edib. Ləman Osmanova “Coğrafiya müəllimliyi” ixtisası üzrə təhsil alırdı.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.