RU

Koreyalı nazir: "İqlim dəyişikliyinin fəsadlarından ən çox gənclər zərər görəcəklər"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Baxmayaraq ki, gənclər iqlim dəyişikliyinin yaranmasında məsuliyyət daşımır, onun nəticələrindən ən çox məhz onlar əziyyət çəkəcək".
"Report" xəbər verir ki, bunu Cənubi Koreyanın ətraf mühit naziri Van-Sup Kim COP29 çərçivəsində keçirilən "Uşaqlar, Gənclər və İqlim Fəaliyyəti" mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.
"Əgər bu gün iqlim fəaliyyəti barədə danışırıqsa, gənc nəsillər üzləşə biləcəkləri təhdidlər haqqında indidən məlumatlandırılmalı və onlara bu problemlərlə mübarizə bacarıqları aşılanmalıdır. Gənclər və uşaqlar iqlim dəyişikliyi mövzusunda müzakirələrin ayrılmaz hissəsi olmalıdır. Gənclər bu məsələdə mühüm rol oynayır, beynəlxalq və regional səviyyədə keçirilən müzakirələrdə yaxından iştirak edirlər", - nazir vurğulayıb.
O qeyd edib ki, Koreya hökuməti gənclərin bu sahədə aktivliyini dəstəkləyir və onların iştirakı ilə formalaşdırılan siyasətləri təşviq edir. Bununla yanaşı, Van-Sup Kim gənclərin əldə etdiyi nailiyyətlərin xüsusi qeyd edilməsinin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, nazirlik tərəfindən həyata keçirilən təşəbbüslər arasında bunlar yer alır:
- Hər beş ildən bir iqlim dəyişikliyi ilə bağlı tədbirlər planının hazırlanması;
- Uşaqlar üçün iqlim dəyişikliyi mövzusunda tədris materiallarının hazırlanması və kurikulumlara daxil edilməsi;
- Məktəblərdə mühazirələrin və təlimlərin təşkili;
- Regional səviyyədə iqlim tədbirlərinin həyata keçirilməsi.
Van-Sup Kim bildirib ki, 2022-ci ildən etibarən Cənubi Koreyada 19 şəhər iqlim fəaliyyəti şəhəri elan edilib. Bundan əlavə, bəzi şəhərlərdə gənclər üçün ətraf mühitlə bağlı məlumatlandırma mərkəzləri yaradılıb.
Nazir xüsusi bir təşəbbüs olaraq iqlim dəyişikliyi mövzusunda fəal gənclərin seçilərək "iqlim səfirləri" elan edildiyini vurğulayıb. Bu gənclər Cənubi Koreyanın COP29-da nümayəndə heyətinin bir hissəsi kimi tədbirdə iştirak edirlər.
"Biz gələcək nəsillərin bu mühüm məsələlərdə söz sahibi olmasını təmin etməliyik", - deyə Van-Sup Kim qeyd edib.
Избранный
3
4
oxu.az

7Источники